
Dekabrın 2-də ATƏT-in 28-ci nazirlər konfransı çərçivəsində Ermənistan Respublikası Xarici işlər nazirinin himayəsi altında KTMT-yə üzv dövlətlərin Xarici işlər nazirlərinin işçi görüşü keçirilib.
Bu haqda Ermənistan Xarici işlər nazirliyi məlumatlandıraraq qeyd ediblər ki, görüş ərzində KTMT üzv dövlətlərinin Xİ nazirləri ATƏT nazirlərinin 28-ci konfransı gündəmində
Ararat Mirzoyan KTMT-nin müttəfiq öhdəliklərinə uyğun olaraq, hərtərəfli, bölünməz “kooperativ təhlükəsizlik” konsepsiyasına əsaslanaraq, ATƏT çərçivəsində KTMT-yə üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd edib.
Nazir Mirzoyan həmkarlarına regional təhlükəsizliyin təmin edilməsi ilə bağlı son hadisələri təqdim edib. Bununla bağlı o, müttəfiqlərin regionda vəziyyətin deeskalasiyası üçün səy göstərməsinin vacibliyini vurğulayıb.
Ermənistanın KTMT-də sədrliyinin önəmliklərinə toxunan Ararat Mirzoyan KTMT-nin alətlər dəstinin, o cümlədən böhrana cavab vasitələrinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.







