ArtsaxBaşlıcaSiyasət

Azərbaycan daxilində hər hansı status Artsax xalqı və hakimiyyəti üçün qəbuledilməzdir: David Babayan

Artsax Respublikasının xarici işlər naziri Davit Babayan Artsax Parlamentində Hay Dat komitələrinin və ofislərinin konfransında iştirak edib. Bu barədə Hay Datın saytı məlumat yayıb.

XİN rəhbəri öz çıxışında Artsax Respublikasının xarici siyasətinin əsas istiqamətlərinə, regional hadisələrə, Azərbaycan-Qarabağ münaqişəsinin həlli prosesinə toxunub.

Davit Babayan respublikanın beynəlxalq səviyyədə tanınmasını, Artsax Respublikasının ərazilərinin işğaldan azad edilməsini, Azərbaycan-Qarabağ münaqişəsinin hərtərəfli və ədalətli həllini, müxtəlif ölkələr və onların subyektləri ilə əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsini xarici siyasətin prioritetləri olaraq qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan daxilində hər hansı status Artsax xalqı və hakimiyyəti üçün qəbuledilməzdir və bu, Artsaxı və erməni dövlətçiliyinin məhvi demək olar.

Konfransda XİN başçısı xarici siyasət sahəsindəki çağırışları və onların aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı sualları da cavablandırıb.

Daha çox göstər
Back to top button