BaşlıcaMədəniyyət
Ermənistan nümayəndəsi “Junior Eurovision-2021” mahnı müsabiqəsinin onlayn səsverməsində birinci yerdədir

“Junior Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsinin onlayn səsverməsi nəticəsində Ermənistan təmsilçisi Malena birinci yerdədir.
“Armenpress” xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında yazılıb.
Malena 3,367 xal toplayıb. İkinci yerdə 2830 xalla Gürcüstan təmsilçisi, üçüncü yerdə isə 2357 xalı olan Fransa təmsilçisi qərarlaşıb.
14 yaşlı Malena “Junior Eurovision” müsabiqəsində “Kami-kami” mahnısı ilə iştirak edir.







