
Ermənistanın AİHM-dəki nümayəndəsi Yeğişe Kirakosyan qeyd etdi ki, əsirlərin qaytarılması üçün Azərbaycana qarşı təsir göstərmək lazımdır. Bu barədə Eğişe Kirakosyan Parlamentdə bildirdi.
“Müharibə başlayandan bəri Avropa İnsan Hüquqları Məhkəməsidnə məhbusların hüquqlarının müdafiəsi üçün çoxsaylı müvəqqəti iddialar qaldırıb. Azərbaycan tərəfinin davranışı məhkəmənin çıxardığı qərarlara ziddir, çünki onlar mütəmadi olaraq müddətləri pozur və az məlumat verir. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində də davam edən proses var, bizim əlavə qərarımız var”,- deyə o qeyd etdi.
Ermənistanın AİHM-dəki nümayəndəsinin fikrincə, müxtəlif beynəlxalq mexanizmlərdən istifadə etdirməklə Azərbaycana təzyiqlər artırılmalıdır.







