ArtsaxBaşlıcaSiyasət

Sülhməramlıların səyi nəticəsində humanitar vəziyyət böyük ölçüdə yaxşılaşıb: Vladimir Putin

Rusiya sülhməramlıların səyi nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyət böyük ölçüdə yaxşılaşıb. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında bildirib.

“Artıq bir ildən çoxdur ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda sabitliyin qorunmasına yardım edir. Sülhməramlıların səyi nəticəsində humanitar vəziyyət böyük ölçüdə yaxşılaşıb, bir sıra rayonların ərazisi minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa olunub, tarix və mədəniyyət abidələri qorunub saxlanılıb”,- deyə Vladimir Putin vurğuladı.

Rusiya Prezidenti sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və əzmkarlığına görə təşəkkür etdi.

Daha çox göstər
Back to top button