BaşlıcaEkonomika

Ermənistan və Rusiya 2022-ci ildə qazın qiymətini dəyişdirməmək barədə razılığa gəliblər: Mher Qriqoryan

Ermənistan və Rusiya 2022-ci ildə qazın qiymətini (1000 kubmetr üçün 165 dollar) saxlamaq barədə razılığa gəliblər, amma 2 məsələ var və bunlarla bağlı son razılaşmalar əldə olunmalıdır. Bunu Lurer-ə ER Baş nazirinin müavini Mher Qriqoryan deyib.

Qriqoryanın sözlərinə görə, birinci məsələ “Qazprom”-a məxsus 5-ci enerji blokun istismar rejiminin məsələsidir. İkincisi isə, qazın kalorifik dəyərini hesablamaya daxil etmək məsələsidir.

Daha çox göstər
Back to top button