
ER Baş naziri Nikol Paşinyan vurğulayıb ki, Azərbaycan ərazisindən yükdaşımaların təhlükəsizliyi təmin olunmasa, yükdaşımalar həyata keçirilməyəcək. Bunu ER Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında Azərbaycan-Naxicevan dəmir yolunun inşasına və Ermənistan üçün yükdaşımaların təhlükəsizliyinə dair sualına cavab olaraq deyib.
“Əgər bu şərtlərdə biz güman etsək ki, Ermənistan yükləri Azərbaycan ərazisindən keçmir, Azərbaycan yükləri də Ermənistan ərazisindən keçməyəcək. Təbii ki, biz bu məsələləri müzakirə edəndə bunu da nəzərdə tutacağıq. Təsəvvür edin, istifadə olunmayan dəmir yolunu açmaq məntiqsiz olardı və burada sual yaranacaq ki, niyə bu qədər sərmayə qoyulub?” – deyə Paşinyan bildirib.
Dəmir yolunun tikintisinin dəyəri ilə bağlı suala gəlincə, Baş nazir bildirib ki, ilkin məlumatlara görə, dəmir yolunun tikintisinin dəyəri 200 milyon dollardır, lakin layihələrin və hesablamaların hazır olmasından sonra bu daha dəqiqləşdiriləcək. Bütün bu rəqəmlər çox təxminidir”, – Baş nazir əlavə edib.







