
Ermənistan tərəfi gömrük yoxlaması və gömrük rüsumu verilməsi olmadan Azərbaycana yol verilməsinə razı olmayacaq. “Armenpress”in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avtomobil yollarının açılmasına toxunaraq qeyd edib.
“Brüsseldəki görüşdən əvvəl mən artıq “Facebook” səhifəmdə erməni tərəfinin qırmızı xətlərini qeyd etmişdim, bu o deməkdir ki, biz dəhlizdə heç bir məntiqi qəbul etmirik.Hər iki tərəfdən gömrük və sərhəd nəzarəti olacaq, bu bizim üçün məqbuldur, Azərbaycan üçün məqbuldur. Biz indi dəmir yolunun tikintisinə başlamağa razılaşdıq”, – deyə Paşinyan bildirib.
Baş nazir vurğuladı ki, avtomobil yolları ilə bağlı erməni tərəfinin prinsipial mövqeyinin dəyişməz qalıb.
“Həm mən, həm Azərbaycan prezidenti, təfərrüatları anlamağa çalışdıq, niyə belə mövqelər ifadə etdiyimizi anlamağa çalışdıq, çünki açıq mövqelər aysberqin görünən tərəfidir, lakin səbəblər və problemlər var, ona görə də bu və ya o mövqeyi ifadə edirik. Biz təfərrüatlara girəndə, sözün düzü, həmin ətraflı müzakirələr zamanı mən fürsət gördüm ki, biz müəyyən həll yolları təklif edə bilərik, orada həm bizim mövqelərimiz, həm də Azərbaycanın irəli sürdüyü sırf praktiki problemlər əslində həll oluna bilər. Amma bizim bu məsələ ilə bağlı razılığımız yoxdur. Sadəcə, həmin görüşdən sonra bəzi imkanlar gördüm və imkanlardan istifadə etməyə çalışmalıyıq ki, avtomobil yolları ilə bağlı dediyim qırmızı xətləri keçməyən, real kompromis həllini tapsaq”, – Paşinyan yekunlaşdırıb.







