
Azərbaycan Ordusunda Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ), Hərbi Dəniz Qüvvələri (HDQ), Xüsusi Təyinatlı Qüvvələr (XTQ) və Əlahiddə Ümumqoşun Ordunun (ƏŰO) bölmələri ilə cari il ərzində 900-dək komanda-qərargah, taktiki, taktiki xüsusi və simulyasiya təlimləri yüksək texnologiyanın tətbiqi ilə həyata keçirilib.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov ilin yekunlarına dair brifinqdə deyib.
O bildirib ki, bundan başqa, hərbi qulluqçular Rusiya, Qazaxıstan və İranda keçirilən beynəlxalq səviyyəli yarışlarda, eləcə də Türkiyə, Pakistan, Gürcüstan və Azərbaycanda keçirilən bir sıra müxtəlif təyinatlı beynəlxalq təlimlərdə iştirak edib.







