BaşlıcaSiyasət

Üçtərəfli işçi qrup çərçivəsində vahid paket tamamlanır: Rudenko

Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə işlərin ən başlıca istiqamətlərindən biridir.

Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko “ТАСС” müsahibəsində bildirib.

“Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi altında işçi qrup çərçivəsində regionda həm dəmir yol, həm avtomobil yolunun açılması üçün mühüm hazırlıq işləri görülüb. Hazırda vahid paket tamamlanır. Belə yanaşma qəbul edilən qərarların dayanıqlığını təmin edəcək”, – Rudenko qeyd edib.

Daha çox göstər
Back to top button