BaşlıcaSiyasət

Artsax müharibəsi zamanı ER MTN dövlət xəyanəti xüsusiyyətli hadisəni araşdırdı

Təqsirləndirilənlərdən biri döyüş illərində bölük komandiri statusuyla Hadrutda ön cəbhəyə gedib, orada məlumat toplayıb ötürürmüş.

Milli Təhlükəsizlik xidməti 44 günlük Artsax müharibəsi ərzində dövlətə xəyanətlə bağlı yalnız bir cinayət işini araşdırıb. Bu barədə  jurnalistin sorğusuna cavab olaraq MTX məlumat  verib.

“44 günlük müharibə ilə əlaqədar İstintaq İdarəsində ER Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə 1 cinayət işi aparılmış və 1 cinayət işi araşdırılmışdır” – deyərək  məlumatda bildirilib.

İki müttəhimin işi davam edir,iş  məhkəməyə göndərilib. Hələ 2021-ci ilin iyununda Ermənistan Milli Təhlükəsizlik xidməti Azərbaycanın xeyrinə dövlətə xəyanət və casusluq faktı aşkarladığını bildirmişdi.

Nazirlikdən verilən məlumata görə, əvvəllər “Qüsursuz xidmətə görə” və “Döyüşdə iştiraka görə” medalları ilə təltif olunan keçmiş əsgər dostu ilə birlikdə Türkiyəyə gedib və oradan müvafiq məlumatların ödənişli şəkildə ötürülməsi təklifini alıbmış.

Onlar hərbi texnikanın, strateji obyektlərin (su anbarları, su elektrik stansiyaları, strateji yüksəkliklər) fotoşəkillərini, videolarını çəkib, hərbi qulluqçuların sayını, Ermənistanda və Dağlıq Qarabağda, o cümlədən müharibə zamanı hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi yerləri öyrəniblər. Bütün bunları xüsusi  vasitələrlə türk  nömrələrinə göndəriblər.

Bundan əlavə, müharibə zamanı onlardan biri Hadrutda bölük komandiri kimi döyüş meydanına gedərək orada məlumat toplayıb oktyabrın sonuna kimi düşmənə göndərməkdə davam ediblər.

2021-ci il dekabrın 1-də MTX dövlətə xəyanət işi üzrə ibtidai istintaqı başa çatdırdığını elan etdi. Ali idarədən verilən məlumata görə, noyabrın 26-da cinayət işi sonradan məhkəməyə təhvil verilməsi üçün ittiham aktı ilə birlikdə prokurora göndərilib.

 Həmin mesajlara uyğun gələn bir cinayət işi ilə Məhkəmə məlumatı saytında tanış olmaq olar. Orada təqsirləndirilən şəxslərin adları çəkilir: Qarun Babayan  və Qaqik Hovhannisyandır. Qeyd edək ki,işə Armavir rayon məhkəməsində baxılır.

Daha çox göstər
Back to top button