
Yanvarın 13-də KTMT-nin Müdafiə nazirləri şurasının videokonfrans formatında xüsusi iclası keçiriləcək. İştirakçılar Qazaxıstanda sülhməramlı əməliyyatların həyata keçirilməsini müzakirə edəcəklər.
Bu haqda TASS-ın məlumatına görə, bunu KTMT-nin mətbuat katibi Vladimir Zaytendinov deyib.
Sonuncunun sözlərinə görə, iclasda KTMT-nin Birləşmiş qərargah rəisi, general-polkovnik Anatoli Sidorov və KTMT Baş katibinin müavini Tahir Xayrulo da iştirak edəcəkdir.
Qazaxıstanda kütləvi nümayişlər 2022-ci ilin əvvəlində başlayıb. Qərbi Janaozen və Aktau şəhərlərinin sakinləri mayeləşdirilmiş təbii qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxış ediblər.
Daha sonra etirazlar digər şəhərlərə də yayılıb. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Qazaxıstan Respublikası Daxili işlər nazirliyinin məlumatına görə, Qazaxıstanın 17 təhlükəsizlik əməkdaşı həlak olub, 1300-dən çoxu yaralanıbdır.







