BaşlıcaSiyasət

Ara Ğazaryan Bakı qırğınları haqda: “Azərbaycanı indi də məsuliyyətə cəlb etmək olar”

Beynəlxalq hüquq eksperti, hüquqşünas Ara Ğazaryan  jurnalistə müsahibəsində 1990-cı ildə Bakıda yaşayan ermənilərin qətliamına və son onilliklərdə Azərbaycanın ermənilərə qarşı apardığı anti-erməni siyasətinə toxunub.

Bakı qırğınlarından 30 il sonra Azərbaycan anti-erməni əhval-ruhiyyəsini təbliğ etməkdə və milli zəmində zorakılıq və işgəncələri təşviq etməkdə davam edir.

Sərhədyanı yaşayış məntəqələrindən adam oğurluğu, işgəncələr, heyvanların oğurlanması, sərhəd hadisələri bir daha sübut edir ki, 1990-cı illərdə Bakıda ermənilərin kütləvi qırğını otuz ildən artıqdır ki, Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrilib.Bu haqda beynəlxalq hüquq eksperti, hüquqşünas Ara Ğazaryan müsahibəsində qeyd edib.

“Haçan ki,nifrətdən qaynaqlanan pozuntular, cinayətlər dəyərləndirilmədikdə, bu, yaşayış normasına, sonrasa siyasətə çevrilir.

Bakı qırğınlarından 32 il keçməsinə baxmayaraq, Azərbaycanın dəsti-xətti hələ də dəyişməyib. 44 günlük müharibənin əsasları hələ Bakı qırğını günlərində qoyulmuşdur-deyərək o, qeyd edib.

Otən son 3 onillikdə cəzasızlıq şəraitində düşmən ölkənin əlləri daha uzanıb. Hüquqşünasın sözlərinə görə, hətta belə bir nəzəriyyə də var ki, cəmiyyət və beynəlxalq strukturlar qanun pozuntularına təhlükəli olmayan, ancaq ayrı-seçkilik nifrəti əsasında reaksiya verəndə, tədricən zorakılığa, sonra isə soyqırıma çevrilir.

Bakı qırğınlarını törədənlərin şərəfləndirilməsi Azərbaycanda dövlət siyasətidir. ER XİN

Bakıdakı qırğınlarla bağlı çoxlu məlumatlar mövcuddur. İllərdir ki, onların sənədləşdirilməsi ilə ER prokurorluğu və hüquq müdafiə təşkilatları məşğul olur.

Vəkilin sözlərinə görə, onların iddia müddəti yoxdur; bu gün onlar cinayət təqibinin başlanması və rəsmi Bakının məsuliyyətə cəlb edilməsi üçün əsasdır.

Qeyd edək ki, 1990-cı ildə on minlərlə erməni yanvarın 13-19-da Azərbaycanın paytaxtı Bakıdan zorla deportasiya edildi. Ermənilərə qarşı 6 gün davam edən vəhşiliklərdən sonra 250 minə yaxın erməninin yaşadığı şəhər ermənilərdən boşaldıldı.

Qırğınları hakimiyyətin himayəsi ilə Azərbaycan Xalq Cəbhəsi (AXC) təşkil etmişdir.

Daha çox göstər
Back to top button