BaşlıcaSiyasət

Donbassda Azərbaycan vətəndaşları saxlanıldı

Ukrayna Milli Qvardiyası Donbassda demarkasiya xətti yaxınlığında iki Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Luqansk vilayətində, demarkasiya xəttindən bir kilometr məsafədə yerləşən müşahidə məntəqəsində iki Azərbaycan vətəndaşı saxlanılıb. Milli Qvardiya yoxlama apardıqdan sonra müəyyən edib ki, onlardan birinin ölkədə qalma müddəti yanvarın 10-da başa çatıb. Digəri isə səbəbsiz olaraq Ukrayna ərazisində olub.

Həmçinin məlum olub ki, həmin şəxslər əvvəllər məhkumluq həyatı yaşayıblar”, – deyə nazirliyin saytında yayılan məlumatda qeyd olunub.

Qeyd olunur ki, hazırda saxlanılanlar Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilib.

Daha çox göstər
Back to top button