
Azərbaycan Xarici İşlər Nazirliyi 1990-cı il 20 yanvar hadisələrinin ildönümü ilə bağlı bəyanat yayıb və 32 ildən sonra “günahkarları məsuliyyətə cəlb etməkələ” hədələyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı hadisələri təhrif edir. Əvvəllər olduğu kimi, Azərbaycan nəticələrini görür, amma faciəli hadisələrin səbəbini görmək istəmir.
Azərbaycan hakimiyyəti yanvarın 13-dən başlayan erməni qırğınlarını, qətlləri nə o vaxt, nə də indi görmək istəmir. Əvəzində Azərbaycan Xarici İşlər Nazirliyi bir daha Ermənistanı və Artsaxı günahlandırır və bir həftə davam edən erməni əhalisinin qırğınının qarşısını almaq üçün Bakıya ordunun daxil edilməsi “milli hərəkatının və Azərbaycan xalqının iradəsinin qarşısını almaq cəhdi kimi təqdim olunur”.
Vəhşiliklər və qətllər barədə kifayət qədər sübutlar var. Erməni qırğınlarının qurbanları haqqında dəqiq məlumat yoxdur, söhbət bir neçə yüz nəfərdən gedir.







