Başlıcaİctimaiyyət

Omikron infeksiyasından nə qədər sonra ağciyər xəstəliyi inkişaf edə bilər?

Koronavirusun omikron ştammı halında ağciyər zədələnməsi xəstəlikdən 9-10 gün sonra baş verir. Bunu “Lenta”ya müsahibəsində “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun işçisi Natalya Pşeniçnay deyib.

“Omikron ağciyərlərdə 10 dəfə daha yavaş hərəkət edirlər, ona görə də nadir hallarda onlara təsir göstərirlər. Bununla belə, omikran zamanı ağciyər zədələnməsinin inkişafı da baş verə bilər. Adətən bəzi hallarda xəstəliyin 9-10-cu günündən sonra müşahidə olunur”, – deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, yuxarı tənəffüs yollarında omikronun konsentrasiyası delta ştammına nisbətən 10 dəfə yüksəkdir.

Mütəxəssisin sözlərinə görə, risk qrupunda ilk növbədə xroniki xəstəlikləri olan xəstələr və yaşlılar yer alır. Gənc uşaqlar da ağır xəstəliklə üzləşə bilərlər. Onlar tez-tez bronxiolit təzahürlərinə malikdirlər.

Daha çox göstər
Back to top button