BaşlıcaMədəniyyət

Hadrutda vandalizm: Azərbaycanlılar Spitak Xaç kilsəsinin xaçını götürüblər

Artsax Respublikasının işğal olunmuş ərazilərində Azərbaycan ardıcıl olaraq mədəni dəyərlərin və erməni izlərinin məhv edilməsi siyasətini həyata keçirir. Bu barədə war.karabakhrecords.info saytı xəbər verir.

Azərbaycanın 2020-ci ilin sonundan başlayaraq Artsaxın işğal olunmuş ərazilərində törətdiyi mədəni soyqırım misallarına Hadrut rayonunun Vank kəndindəki Spitak Xaç kilsəsi də əlavə olunub.

Sosial şəbəkədə yayılan videodan aydın olur ki, azərbaycanlılar kilsənin xaçını götürüblər. Azərbaycan tərəfi təmir adı altında xaçdan əlavə kilsənin damını da sökərək, bununla da erməni mədəni izini tamamilə aradan qaldırmağa, daha bir erməni kilsəsini “udi” kimi təqdim etməyə çalışıb.

2021-ci ilin noyabr ayının əvvəlində Azərbaycan öz udi icmasının dini nümayəndələrinin kilsəyə səfərini təşkil edib. Səfər zamanı kilsə reallıqla heç bir əlaqəsi olmayan “alban-udi mədəniyyət abidəsi” kimi təqdim edilib.

Daha çox göstər
Back to top button