BaşlıcaSiyasət

ER ombudsmanı: “Bakı əsir saxlamaqla faktiki insan alverini həyata keçirmiş olur”

Bakı erməniləri heç bir səbəb olmadan, sırf siyasi və hərbi dividentlər üçün əsir saxlayır. Bu barədə ER hüquq müdafiəçisi Arman Tatoyan fevralın 4-də jurnalistlərlə görüşü zamanı xatırladıb.

Ombudsman Azərbaycanda əsir götürülən ermənilərin həyat təhlükəsi altında hüquqlarının ciddi şəkildə pozulması ilə üzləşdiyini vurğulayıb.

“Bu, siyasi hesablamalarla real insan alveridir. Bu, qəbuledilməzdir və insan haqlarının kobud şəkildə pozulmasıdır.

Biz dünyaya göstərməliyik ki, biz həqiqətən də yeni hərbi cinayətlərlə üzləşirik. Azərbaycanda əsirlərin məhkəmələri gözdən pərdə asmaqdan  başqa heç nə  deyil.

Bu yalnız və yalnız özlərinə haqq qazandırmaq cəhdidir” – deyən ombudsman  əsirləri görə bilən yeganə qurumun BQXK olduğunu qeyd edib.

Xatırladaq ki, dünən Ermənistan Xarici işlər naziri Bakının BQXK-nın fəaliyyətini məhdudlaşdırmaq cəhdlərini açıqlamışdı.

Əsirlərin saxlanması həm də Azərbaycanın sülhsevər niyyətlərinin “dürüstlüyünün” göstəricisidir.

Onlar nəinki əsirləri qaytarmır, həm də xalqlar arasında düşmənçiliyi daha da  artırır” – deyən Tatoyan 16 noyabr hadisələrinin bir daha təkrarlanmaması üçün əsirlərin qaytarılması üçün təzyiqlərin artırılması və kompleks qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

“Biz onların dünya ictimaiyyətini çaşdırmasına imkan verməməliyik. Belə ki, gəlin faktlarla hərəkət edək”-  deyərək ombudsman  qeyd edib.

Daha çox göstər
Back to top button