
Fevralın 9-da Baş nazir Nikol Paşinyan parlamentdə Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası və yolların blokdan çıxarılması prosesinə toxunub.
O, xatırladıb ki, Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi və bərpası ilə bağlı Ermənistan və Azərbaycan rəhbərləri səviyyəsində razılıq əldə olunub və dəmir yolunun tikintisinin təşkili üçün işçi qrup yaradılıb.
Bu günlərdə ER Baş nazirinin müavini Mher Qriqoryan RF Baş nazirinin müavini Aleskey Overçuk və “Rusiya Dəmir yolları” QSC-nin rəhbəri Oleq Belazyorovla görüşüb. Hazırda texniki tapşırığın layihələndirilməsi, dizaynı və tikintisini müzakirə edirlər.
“Biz razılaşdıq ki, dəmir yolu gərək beynəlxalq qaydalara uyğun, iki ölkənin qanunvericiliyi və suverenliyi çərçivəsində fəaliyyət göstərsin.
Bu isə o deməkdir ki, sərhəd-keçid məntəqələrində sərhəd, gömrük və digər nəzarətlər həyata keçirilməlidir. Çünki onlar bir-birinə toxunmalıdırlar.
“Bu, əslində, beynəlxalq yükdaşımaları üçün marşruta çevriləcək və çox mümkündür ki, biz bütün bunları ən qısa zamanda qeydiyyatdan keçirək, imzalanacaq, ratifikasiyaya ehtiyac olarsa, ratifikasiya olunacaq”- deyərək Paşinyan bildirib.
Yollara gəlincə, Baş nazir bildirib ki, təkliflər formalaşdırılıb və Azərbaycan tərəfinə, Rusiya tərəfinə və beynəlxalq tərəfdaşlara verilib.
“Azərbaycan tərəfindən müsbət cavab alan kimi biz yol marşrutlarının bərpası və tikintisi prosesini həyata keçirməyə hazırıq” – deyərək ER Baş naziri bildirib.
Nikol Paşinyanın sözlərinə görə, bu layihə Şimal, Cənub, Şərq, Qərb yollarının kəsişməsindən bəhs etdiyi üçün “Erməni kəsişməsi” adlanır və onun işə salınması Ermənistan iqtisadiyyatının inkişafı üçün dönüş nöqtəsi ola bilər.







