
Dağlıq Qarabağın Ermənistan və xarici dünya ilə fasiləsiz əlaqəsini təmin etmək lazımdır və bu əlaqə Azərbaycan tərəfindən idarə oluna bilməz. Bu barədə Arstaxın xarici işlər naziri Davit Babayan bildirdi.
Laçına alternativ yolun çəkilməsi nəticəsində bir neçə erməni kəndinin Azərbaycanın nəzarəti altında olacağı ilə bağlı suala cavab verən nazir qeyd etdi ki, əlaqə məsələsi Artsax hakimiyyətinin diqqət mərkəzindədir.
“Son qərar yoxdur, danışıqlar davam edir. Biz öz maraqlarımızı müdafiə edəcəyik. Dağlıq Qarabağın Ermənistan və xarici dünya ilə fasiləsiz əlaqəsi təmin edilməlidir və bu əlaqə Azərbaycan tərəfindən idarə oluna bilməz. Belə bir şey olmayacaq. Azərbaycan tərəfi keçid məntəqəsinin yeri ilə bağlı məlumatlar yayıb. Bu, qətiyyən yolverilməzdir”, – deyə Davit Babayan vurğulayıb.







