
Azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtması üçün iki şərt var. Bunu Artsaxın xarici işlər naziri Davit Babayan bildirdi.
Onun sözlərinə görə, ilk növbədə bütün siyasi məsələlər həll olunmalıdır. Bu, ilk növbədə, Azərbaycan tərəfindən Artsaxın tanınmasıdır. İkincisi, erməni qaçqınlar da məcburi surətdə deportasiya olunduqları Bakıya və Azərbaycanın digər şəhərlərinə qayıda bilməlidirlər. Başqa şəkildə ola bilməz.
Şuşi və Hadrut şəhərlərinin işğaldan azad edilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran nazir qeyd etdi ki, bu məsələnin daim gündəmdədir.
“Biz inanırıq ki, gec-tez bu baş verəcək. Amma bu istiqamətdə işləməliyik. Bir şeyi deyə bilərəm: biz heç vaxt öz torpaqlarımızdan vaz kməyəcəyik”, – deyə Davit Babayan vurğulayıb.







