
“Sotk” mədəni hasilat planına uyğun fəaliyyət göstərir. Bunun üçün şirkət texniki və maddi-texniki cəhətdən dizaynda dəyişiklik edir, həmçinin hasilatı davam etdirmək üçün mədəndə əlavə kəşfiyyat işləri aparır.
Yeraltı mədənlərə keçid variantı da nəzərdən keçirilir. Bu haqda jurnalistə söhbətində Ermənistanda olan “GeoProMining” şirkətinin mətbuat xidməti məlumatlandırıb.
Hazırda şirkət texniki layihələr üzərində işləyir və karxananın yenidən təşkili üçün hazırlıq işləri aparılır.
Mədəndə qızılın miqdarı eyni səviyyədə qalır – hər ton sulfid filizində orta hesabla 3-4 qram və qabbro kütləsi üçün 1-1,5 qramdır.
“GeoProMining” 2021-ci ildə mədənin yenidən təşkili üçün 5 milyon dollar ayırıb, 2022-ci ildə mədənin texniki yenidən təchiz edilməsinə 10 milyon dollardan çox vəsait xərclənəcək.
Hazırda mədəndə 765 nəfərin çalışdığı da bildirilir. 2022-ci ildə 30 iş yerinin əlavə olunması ehtimal olunur.
Məlum olur ki, mədənin işlənməsi üçün 44 günlük müharibənin yaratdığı risklərə baxmayaraq (mədənin bir hissəsi Azərbaycan ərazisində, Karvaçarda qalıb) mədən fəaliyyətini davam etdirir və hətta inkişaf proqramlarını həyata keçirir.







