
Fevralın 21-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
İki lider 2020-ci il noyabrın 9-da , 2021-ci il yanvarın 11-də və noyabrın 16-da üçtərəfli bəyanatlarda əldə olunan razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
Rusiya Federasiyasının Prezidenti Ermənistanın Baş nazirini yazda Moskvaya rəsmi səfərə dəvət edib. Ermənistanın Baş naziri də öz növbəsində Vladimir Putini Ermənistana dəvət edib.
Həmsöhbətlər Rusiya-Ukrayna münasibətlərindəki vəziyyəti və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.







