
ER hüquq müdafiəçisi Kristine Qriqoryan qeyd edir ki, Azərbaycanda ermənilərə qarşı nifrət Sovet dövründə mövcud olan və həmin dövlət müstəqillik əldə etdikdən sonra da davam edən dövlət siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də Azərbaycanın başladığı müharibə Azərbaycan hakimiyyəti tərəfindən həvəsləndirilmiş böyük nifrət və düşmənçilik təbliğatı ilə müşayiət olunub.
Bu haqda Kristine Qriqoryan “Azərbaycanda ermənilərə nifrətçilik, Artsaxda etnik təmizləmə təhlükəsi” adlı ictimai müzakirə ərzində bildirib.
“Ermənifobiya Azərbaycan prezidentinin ictimai çıxışlarında özünün əməli ifadəsini tapır. O, erməni xalqına, Ermənistan və Artsax əhalisinə qarşı hədələr, təhqirlər edir, düşmənçilik ifadələri səsləndirir.
Onun çıxışları elədir ki, açıq-aşkar faşizmin təzahürlərinə belə çatır. “Təəssüf ki, Azərbaycan hakimiyyəti üçün anti-erməniçilik daxili və xarici siyasət alətidir” – deyərək Qriqoryan bildirib.
O, diqqətəlayiq hesab edir ki, 2020-ci il müharibəsi zamanı Ermənistan hərbiçilərinə və mülki şəxslərə işgəncələr verərkən, onların başlarını diri-diri kəsərkən, həlak olanların meyitlərini kəsərkən və digər vəhşiliklər törədərkən Azərbaycan silahlı qüvvələri Azərbaycan prezidentinin işlətdiyi eyni ifadələri işlədib.







