BaşlıcaSiyasət

XİN-I Antalya Diplomatik Forumunda iştirakla bağlı hələlik qərar verməyib

Hələlik Antalya Diplomatik Forumunda iştirakla bağlı qərar yoxdur. Bu haqda Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumətin sual-cavab iclasında “Kağakatsiakan paymanagir” fraksiyasının deputatı Sarqis Xandanyanın Xarici işlər nazirliyinin Antalya Diplomatik Forumunda iştirak  etməklə bağlı məsələdə mövqeyi nədir? – sualını cavablandırarkən deyib.

“Ümid edirəm razılaşarsınız ki, dünyada, deyim ki, hadisələr çox sürətlə inkişaf edir, hər gün, hər saniyə dəyişir.

Və əslində, hətta keçmişdə qısa müddətli görünən hadisələr də indi kifayət qədər uzundur. Haçan  müddətlər yaxınlaşanda biz qərar qəbul edəcəyik” –  deyərək Mirzoyan bildirib.

Bundan əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu 2022-ci ildə  martın 11-13-də Antalya Diplomatik Forumu keçiriləcək  sammitə Ermənistanın da dəvət olunduğunu bildirmişdi.

Forumda Xarici işlər nazirləri iştirak edirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib ki, Ermənistan Türkiyədə Antalya Diplomatik Forumunda iştirak etmək dəvətini böyük ehtimalla qəbul edəcək, lakin hər şey  həmin andakı vəziyyətdən asılıdır.

Daha çox göstər
Back to top button