BaşlıcaSiyasət

Paşinyan Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səylərindəki rolunu yüksək qiymətləndirib

Ermənistan Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səylərindəki rolunu yüksək qiymətləndirir. Bunu Parisdə “Ambisiyalar: Ermənistan-Fransa” adlı konfransda ER Baş naziri Nikol Paşinyan bildirib.

44 günlük müharibəyə, həmin günlərdə Fransanın erməni xalqı ilə həmrəyliyinə toxuna Paşinyan Makronun baş verən hadisələrə aydın, qərəzsiz qiymət verən ilk dünya lideri olduğunu xatırladıb.

“Eyni şəkildə, Fransa cəmiyyəti Ermənistanı ən çətin anda dəstəklədi ki, bu da Fransa Senatı və Parlamentinin Artsax ermənilərinin hüquqlarının müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamələrdə öz əksini tapdı. Bu kontekstdə mən Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi mühüm roluna görə Fransaya yüksək qiymət verdiyini bir daha təsdiqləmək istərdim”, – deyə ER Baş naziri bildirib.

O, Ermənistanın verdiyi itkilərə və Ukrayna hadisələri fonunda Avropanın üzləşdiyi çətinliklərə baxmayaraq, iki ölkənin Ermənistan-Fransa dostluğunu möhkəmləndirməyə davam edəcəyinə ümid etdiyini bildirib.

Daha çox göstər
Back to top button