BaşlıcaSiyasət

Baş nazir Fransaya işgüzar səfərini uğurlu hesab edir

ER Baş naziri Nikol Paşinyan Ermənistan-Fransa forumunun nəticələrindən istifadə etməyi, Fransa-Ermənistan iqtisadi əməkdaşlığına yeni təkan vermək və s. zəruri hesab edir.

Hökumətin martın 10-da keçirilən iclasında ER Baş naziri Fransaya işgüzar səfərinə toxunaraq, orada çoxşaxəli gündəliyin olduğunu qeyd edib.

“Bizim diqqətimizi həmin gündəliyin həyata keçirilməsinə yönəltmək, iqtisadi əlaqələri aktivləşdirməyə çalışmaq mühümdür” – deyə Baş nazir əlavə edib.

Paşinyan Paris səfəri zamanı Ermənistan-Fransa münasibətlərindən başqa, geniş spektrli məsələlərin müzakirə edildiyini qeyd edərək, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi rolunu vurğulayıb.

Baş nazirin Avropa Birliyi şurasının sədri Şarl Mişel ilə də qeyri-rəsmi görüşü olub, görüş zamanı digər məsələlərlə yanaşı, AB-Ermənistan əməkdaşlığı məsələləri, birgə proqramların həyata keçirilməsini daha səmərəli şəkildə necə davam etdirə biləcəkləri məsələsi müzakirə olunub.

“Ümumiyyətlə, hesab edirəm ki, o səfər kifayət qədər uğurlu oldu, biz onun gündəliyinin həyata keçirilməsi, həyatın reallaşması istiqamətində çalışmalıyıq” –  deyərək Paşinyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button