BaşlıcaSiyasət

Çavuşoğlu və Mirzoyan Antalyada görüşüb

Türkiyənin Xarici işlər naziri Mövlut Çavuşoğlu şənbə günü Antalyada erməni həmkarı Ararat Mirzoyan ilə görüşüb.Bu haqda  Anadolu agentliyi xəbər verir.

Danışıqlar Antalyada ikinci Diplomatik Forum çərçivəsində baş tutub və təxminən yarım saat davam edib.

Ankara və  Yerevan  münasibətlərinin normallaşması yolları müzakirə edilib.

Mövlut Çavuşoğlu danışıqları “çox konstruktiv və effektiv” adlandırıb.

“İkitərəfli münasibətlərin tam normallaşmasına yönəlmiş addımlar müzakirə olunub. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz Qafqazda sülhün bərqərar olması üçün səylər göstəririk.

 Türkiyə ilə Ermənistan arasında atılan addımlar Azərbaycan tərəfindən də müsbət qarşılanır. Bakı bu prosesi dəstəkləyir. “Regionda sülh və sabitlik bütün tərəflərin maraqlarına uyğundur” – deyə  türk nazir qeyd edib.

Çavuşoğlu xatırladıb ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri bundan əvvəl münasibətlərin normallaşdırılması  məqsədiylə iki görüş keçiriblər.

Mirzoyan da öz növbəsində bəyan edib ki, Ermənistan tərəfi heç bir şərt olmadan prosesi davam etdirməyə hazırdır.

Erməni diplomatiyasının rəhbəri qeyd edib ki, Yerevan Cənubi Qafqazda sülh və sabitlik üçün səylərində qətiyyətlidir.

“Diplomatiyanın yenidən qurulması” şüarı altında keçirilən Forum martın 11-dən 13-dək Antalyanın Belek şəhərində keçirilir.

Antalyada keçirilən Diplomatik Forumda 17 ölkənin hökumət başçıları, 80 nazir və 39 beynəlxalq təşkilatın nümayəndə heyəti iştirak edir.

Daha çox göstər
Back to top button