BaşlıcaSiyasət

Lavrov və Çavuşoğlu “3+3” formatını müzakirə ediblər

Rusiya və Türkiyənin Xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Moskvada görüş zamanı “3+3” formatını müzakirə ediblər.

Bu haqda  Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Çavuşoğlu ilə danışıqlardan sonra mətbuat konfransı zamanı  qeyd edib.

“Zaqafqaziyadakı vəziyyətin müzakirəsi zamanı qeyd etdik ki, ötən ilin sonu və bu ilin əvvəlində “3+3” regional məsləhət platforması vasitəsilə bu ümumi qonşuluq regionunda münaqişədən sonrakı əməkdaşlığın əsasları qoyulub.

Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və Gürcüstan. Sonuncu hələ də bu perspektiv formata qoşulmaq barədə düşünür, lakin biz gürcü həmkarlarımızı bu strukturun iclaslarında görməyə həmişə hazırıq” – deyərək Lavrov bildirib.

Daha çox göstər
Back to top button