
Armeniya UAV Lab şirkəti yeni pilotsuz uçuş aparatını – UL – 450 təqdim edib.
“Yeni xüsusiyyətlərə malik yeni model” – şirkət drone haqqında Facebook-da paylaşdığı yazıda bildirib.
UAV Lab laboratoriyası müasir hərbi sənaye ilə məşğuldur, Ermənistan ordusunun arsenalını hərbi kəşfiyyat vasitələri ilə istehsal etmək, zənginləşdirmək vəzifəsini qarşısına qoyub.
Şirkət öz məhsullarını yerli və beynəlxalq sərgilərdə nümayiş etdirmişdir.







