ArtsaxBaşlıcaSiyasət

Fransa-Artsax dostluq qrupu Makronu Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Fransa-Artsax dostluq qrupu Makronu Azərbaycaan qarşı sanksiyalar tətdbiq etməyə çağırıb. Bəyanatda qeyd olunur ki, Azərbaycan Artsaxa qarşı enerji terroru həyata keçirir.

“Bu il martın 8-dən Azərbaycanın həyata keçirdiyi təxribat nəticəsində Artsax Respublikasına qazın verilməsi dayandırılıb. Azərbaycan tərəfi nəzarətlərində olan qaz kəmərini zədələyərək 11 gün ardıcıl olaraq kəskin soyuq şəraitdə qaz kəmərinin təmirinə icazə verməyib. Martın 20-də qaz kəmərini təmir etdilər, ertəsi gün isə yenidən Artsaxa qaz verilişini bağladılar. 120 min artsaxlı – kişilər, qadınlar və uşaqlar istilikdən məhrumdur. Əliyev rejimi yeni hərbi cinayət törədir”,- deyə qeyd olunub.

Dostluq qrupunun sədri Fransua Pupon xatırladıb ki, “hətta Ukraynada qaz kəmərləri işləməkdə davam edir”.

Bəyanatda bildirilib ki, bütün bunlar bir daha sübut edir ki, Əliyev administrasiyası təkcə Artsaxı zəbt etməyi planlaşdırmır, həm də yerli erməni əhalisini məhv etmək istəyir.

“Prezident Makronu və Fransa hökumətini məsuliyyətə çağırıram. Ölkəmiz ATƏT-in Minsk qrupunun həmsədridir və münaqişənin həllində tərəflərə kömək etməlidir. Buna görə də Fransa obyektiv və ədalətli yanaşmaya riayət etməli, Azərbaycanın hərəkətlərini pisləməli və onun rejiminə qarşı sanksiyalar tətbiq etməlidir”,- deyə Fransua Pupon vurğuladı.

Daha çox göstər
Back to top button