BaşlıcaSiyasət

Rusiyanın Ermənistandakı bazasının pilotları Mİ-8 və Ka-52 helikopterləri ilə təlimlər keçirib

Rusiya Hərbi Hava Qüvvələrinin Ermənistandakı bazasının Mİ-8 MVT və Ka-52 (“Alliqator”) helikopterlərinin pilotları yüksək dağlıq ərazidə təlim uçuşları həyata keçiriblər.

Bu barədə Rusiya Ordusunun Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Pilotlar gecə-gündüz şəraitində bir sıra mürəkkəb tapşırıqları yerinə yetirdilər.

Hərbi bazanın hərbi-mühəndis heyəti helikopterlərə texniki qulluq təlimləri keçirib.

Təlim uçuşlarında 130-dan çox hərbçi iştirak edib, 50-yə yaxın hərbi texnika istifadə olunub.

Daha çox göstər
Back to top button