BaşlıcaSiyasət

Paşinyan Azərbaycanla danışıqların predmeti olmalı olan prinsipyal məsələləri təqdim edib

 Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsi Ermənistan tərəfi üçün prinsipial əhəmiyyət kəsb edir.

Bu məsələlər Ermənistan tərəfinin sülh gündəliyi ilə bağlı cavablarında yer alıb və danışıqların predmeti olmalıdırlar.

Bu haqda  Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan hökumət iclasında çıxışı zamanı Azərbaycan prezidentinin aprelin 6-da Avropa Şurası sədri  Çarlz Mişelin   vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşünə istinad edərək deyib..

“Görüşün yekunu olaraq iki məsələ ilə bağlı qərar qəbul edilib. İlk olaraq iki ölkənin Xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinə hazırlıq işlərinə başlamaq, bu istiqamətdə danışıqlar və təmasların keçirilməsi tapşırılıb.

Bu o deməkdir ki, Ermənistanın sülh sazişi ilə bağlı təqdim etdiyi prinsiplər  və məsələlər danışıqlar nəticəsiylə ünvanlanmalıdır” – deyə Paşinyan bildirib.

Paşinyan xatırladıb ki, Azərbaycanın təkliflərinə cavab olaraq Ermənistan tərəfi  qeyd edib ki,Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur.

“Amma onlar sülh gündəmini tamamlamırlar. Və Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təminatları, onların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsi bizim üçün prinsipial əhəmiyyət kəsb edir.

“Bu məsələlər bizim sülh gündəliyinə verdiyimiz cavablarda yer alır və  onlar danışıqların predmeti olmalıdır” -deyərək Baş nazir bildirib.

O, vurğulayıb ki, Ermənistan tərəfi həm əvvəllər, həm də indi ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu prosesdə iştirakını vacib hesab edir və bu istiqamətdə işi davam etdirməlidir.

“Aprelin sonunda Brüsseldə qəbul edilmiş növbəti qərar Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması olub.

Bu komissiyanın ikili mandatı olacaq: birincisi delimitasiya, yəni demarkasiya işidir. İkincisi isə sərhəddə təhlükəsizliyin və sabitliyin təmin edilməsidir.

Bu mövzuda müzakirələr, o cümlədən RF vasitəçiliyi ilə 1 ilə yaxındır ki, davam edir.Və sonda belə bir kompromis qərarına gəldik.

Bilirsiniz ki, ərazilər var. Ermənistanın Azərbaycanın nəzarətində olan, Azərbaycanın Ermənistanın nəzarətində olan əraziləri var:

Bu məsələlər danışıqlar nəticəsində, təbii de-yure əsaslandırılmış protokollar və hüquqi əhəmiyyət kəsb edən faktlar əsasında həll edilməlidir” – deyə Paşinyan qeyd edib.

O, Rusiya demarkasiya və delimitasiya  işlərinə dəstək verməyə hazır olduğunu bildirib, Avropa Birliyi də dəstək verməyə hazırdır və biz bu istiqamətdə irəliləməliyik.

“Mövqeyimiz ondan ibarətdir ki, Ermənistanla və Azərbaycan arasında sərhəd, yəni sovet dövründə mövcud olan sərhəd var. Bu protokolla demarkasiya işlərinə başlanılmalı, həll yollarına çalışılmalı, təhlükəsizlik və sabitliyin təmin olunması üçün paralel tədbirlər görülməlidir” – deyərək Baş nazir qeyd edib.

Baş nazir Brüssel görüşünə ümumi qiymət verərək qeyd edib ki, hər iki istiqamətdə irəliləyişlə bağlı razılıq əldə olunub və gələcək qiymətləndirmə razılaşmaların praktiki icrası zamanı əldə olunacaq nəticələrdən asılıdır.

Paşinyan əlavə edib ki, ölkə və region üçün dinc inkişaf dövrünün açılması gündəmini irəli sürməyə davam edəcəklər.

“Və biz bu gündəliyin reallığa çevrilməsi üçün əlimizdən gələni etməliyik. Yenə deyirəm, təəssüf ki, bu, təkcə bizdən asılı deyil. Lakin biz ardıcıl olaraq üzərimizə düşən işi görməliyik” – deyərək  Baş nazir yekunlaşdırıb.

Daha çox göstər
Back to top button