BaşlıcaBeynəlxalq

Qlendelin  şəhər meri yenə ermənidir

Qlendel şəhər şurasının üzvü Artaşes “Ardi” Kasaxyan çərşənbə axşamı, aprelin 5-də şəhər meri seçilib. Kasaxyan bu vəzifədə Pola Diviyni əvəz edəcəkdir.

Bu haqda asbarez.com məlumatlandırıb.

Kasaxyan mer postunda ilk dəfədir.

Saytın məlumatına görə, Kasakhyan Bostonda anadan olub və 1986-cı ildən Qlendeyldə yaşayır.

Şəhər şurasına seçilməzdən əvvəl Kasaxyan 15 il Qlendel şəhərinin administrativ vəzifəsində çalışıb. O, 4 dəfə yenidən həmin vəzifəyə seçilib.

“Mən öz karyeramın böyük hissəsini Qlendel xalqına xidmət etməyə həsr etmişəm. Əvvəl bir şəhər məmuru, sonra şəhər şurasının üzvü, indi isə mer kimi mən o böyük icmaya xidmət etməyə və onun gələcəyini təmin etməyə davam edəcəyəm.

Mən imkandan fəxr edirəm. Bu fürsəti və mənə etibar etdikləri üçün həmkarlarıma təşəkkür edirəm” – deyərək  o
, qeyd edib.

Xatırladaq ki, Qlendel şəhər hökumətinə Vardan Ğarpetyan, Zareh Sinanyan və digər erməni soylular həmçinin  Qlendelin şəhər hakimiyyətinə rəhbərlik edib.

Daha çox göstər
Back to top button