
.
Bu il Yerevanda erməni-rus dostluğuna dair abidənin ucaldılması planlaşdırılır.Bu haqda Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistanın Xarici işlər naziri ilə keçirdiyi brifinq ərzində deyib.
Lavrov əvvəlcə xatırladıb ki, aprelin 3-də Ermənistanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi, bu il isə əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin imzalanmasının 25 ili tamam olur.
“Bu, bizim müttədiqliyimiz üçün və strateji tərəfdaşlığımız üçün əlamətdar ildir”- deyə Lavrov qeyd edib.
Yubileylə bağlı tədbirlər ardıcıl şəkildə həyata keçirilir. RF Xarici işlər naziri Ermənistanın Baş naziri ilə Rusiya Prezidenti arasında etibarlı, müntəzəm siyasi dialoqu da vurğulayıb.
Ermənistan və Rusiyanın Xarici işlər nazirləri də iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın yaxşı, hərtərəfli və səmərəli işini vurğulayıblar.
Lavrov qeyd edib ki, nazirlər səviyyəsində, həmçinin parlament səviyyəsində əlaqələr fəal inkişaf edir. Bu ayın sonunda parlamentlərarası komissiyanın 34-cü iclası keçiriləcək.
“Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşı olmaqda davam edir. Xarici ticarətdə bizim payımız 30 faizi ötür” – deyərək RF Xİ naziri qeyd edib.
Koronavirusun yaratdığı tənəzzüldən sonra ticarət sabit artıma qayıda bildi. Ötən il bu, 2 milyard 600 milyon dollardan çox olub.
Xarici işlər nazirləri birbaşa işgüzar əlaqələri təşviq etmək barədə razılığa gəliblər. Lavrovun sözlərinə görə, iki ölkə mədəniyyət, təhsil, turizm, idman və digər sahələrdə əməkdaşlığı dərinləşdirəcək.
Bu il biz Yerevanda erməni-rus dostluğuna abidə ucaltmağı planlaşdırırıq” – deyərək RF XİN rəhbəri bildirib.
Rusiyada erməni mədəniyyəti günləri gündəmdədir, Ermənistanda isə rus mədəniyyəti günləri keçiriləcək. Rusiya da Ermənistanda rus məktəblərinin sayının artırılmasının tərəfdarıdır.







