Başlıcaİctimaiyyət
Ermənistanda yetkin əhalinin 43,7%-i tam koronavirusa qarşı peyvənd olunub։ Avanesyan

Ermənistanda yetkin əhalinin 43,7%-i tam dozada koronavirus peyvəndi alıb. “Armenpress”in məlumatına görə, bu barədə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Parlamentdə hökumətin 2021-ci il proqramının icrasının prosesinə və yekunlarına dair hesabatın təqdimatında deyib.
“Bu gün Ermənistanda peyvəndlərin aşağıdakı göstəriciləri var. Yetkin əhalinin 49,5%-i birinci doza ilə, 43,7%-i tam doza ilə peyvənd olunub” – deyə Avanesyan bildirib.
O, mayın 5-dən koronavirusa qarşı peyvəndləmə prosesinin başlanmasını xatırladıb.







