BaşlıcaSiyasət

Paşinyan  və Mişel Ermənistana 2,6 milyard dollar ayrılması məsələsini müzakirə edib

Baş nazir Nikol Paşinyan Avropa Birliyi Şurasının sədri Şarl Mişel ilə telefon danışığı aparıb.

Həmsöhbətlər AB Şurasının sədri, Ermənistanın Baş naziri və Azərbaycan prezidentinin aprelin 6-da Brüsseldə keçirilən görüşündə əldə olunmuş razılaşmaların icrası, regiondakı vəziyyət və iclasın gündəliyində duran Ermənistan-AB münasibətləri   bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan və Mişel həmçinin AB-nin Şərq Tərəfdaşlığı iqtisadi və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard dolların ayrılmasına dair sazişin icrasını müzakirə edib, investisiya paketində nəzərdə tutulan proqramların səmərəli həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Çarlz Mişel AB-nin Ermənistan üçün investisiya proqramının tam şəkildə həyata keçirilməsinə sadiq olduğunu bir daha təsdiqləyib və proqramların praktiki icra mərhələsinə ən qısa zamanda başlanmasının vacibliyini vurğulayıb.

Daha çox göstər
Back to top button