BaşlıcaSiyasət

Nikol Paşinyan “GAZ” maşınqayırma zavodunda olub

ER-nın  Baş naziri Nikol Paşinyan Nijni Novqorodda “GAZ” maşınqayırma zavodunda olub. Alınan məlumata görə, Baş naziri “GAZ” şirkətinin  rəhbəri Vadim Sorokin qarşılayıb.

Şirkəti  dövretmə zamanı “GAZ” şirkətinin avtomobilləri Baş nazirə təqdim olunub.

Rusiyada ilk avtomobil zavodu 1932-ci ildə Qorki şəhərində (indiki Nijni Novqorod) yaradılmışdır. Zavod məşhur “Pobeda”, “Volqa”, “Çayka” avtomobillərinin istehsalçısıdır.

Şirkətdə 400 mindən çox işçi çalışır. “GAZ” öz məhsullarını dünyanın 40-dan çox ölkəsinə ixrac edir.

Daha çox göstər
Back to top button