Hess edirik ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrliyi altında sülh yolu ilə həlli üçün imkanlar var. Bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Tsitsernakaberd memorialında bildirdi.
“Dövlət Departamentinin Qafqaz üzrə müşaviri, Minsk Qrupunun amerikalı həmsədri Endryu Şofer ötən həftə burada olub. Onun hökumət nümayəndələri ilə səmərəli görüşləri, müzakirələri olub. Biz Minsk Qrupunun həmsədri kimi münaqişənin ikitərəfli formatda sülh yolu ilə həllinin mümkün yollarını nəzərdən keçirməyə davam edəcəyik.
Son aylarda dövlət katibi Blinken liderlərə çoxsaylı telefon zəngləri edərək, vəziyyətin gərginliyini azaltmağa, həmçinin sülh prosesinin qurulması üçün təmaslara çağırıb”, – o qeyd etdi.







