
Mən hazırda Cənubi Qafqazda sülh, normallaşma prosesi ilə bağlı irəliləyişlər barədə optimistəm. Bu barədə Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema bildirib.
O deyib ki, Avropa İttifaqı (Aİ) bu prosesdə fəaldır. Diplomat Aİ Şurasının Prezidenti Şarl Mişelin tərəflərlə keçirdiyi görüşləri xatırladıb.
Səfir vurğulayıb ki, 6 apreldə Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderlərinin görüşü uğurlu və səmərəli olub.
“Müəyyən razılaşmalar əldə olundu, görüşdən sonra xarici işlər nazirlərinin telefon danışıqları baş tutdu. Təbii ki belə birbaşa təmaslar vacibdir və önəmlidir. Xalqlar arasında münasibətlərə toxunaraq qeyd etmək istəyirəm ki, bu vacibdir. Avropa İttifaqı bu prosesə dəstək verə bilər” – deyə Pauline Eizema qeyd edib.







