Rusiya-Ukrayna müharibəsinin ilk günündən aprelin ortalarına qədər ER Polisinin Pasport və Viza Departamentinə Ermənistan vətəndaşlığı almaq üçün təxminən 1600 Rusiya, 30-a yaxın Ukrayna vətəndaşı müraciət edib.
Pasport şöbəsi “Radiolur”un sorğusuna cavab olaraq bildirib ki, Rusiya vətəndaşlarından daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 8 dəfə, Ukrayna vətəndaşları ilə bağlı isə 2 dəfə artıbdır.

Rezidentura statusu üçün çoxlu müraciətlər var. Polisin məlumatına görə, fevralın 24-dən aprelin 13-dək Ermənistanda yaşayış statusu almaq üçün 350-yə yaxın Rusiya və 40-a yaxın Ukrayna vətəndaşı müraciət edib.
Ermənistan Respublikasında yaşayış statusunun 3 növü var: müvəqqəti, daimi-xüsusi. Yaşayış statusu hər hansı bir əcnəbi onun Ermənistan ərazisində bir il və ya daha çox müddətə yaşamasına haqq qazandıran halların olduğunu əsaslandırarsa verilir.

Belə hallar ola bilər: təhsil, iş, bizneslə məşğul olmaq, erməni və ya ER vətəndaşının ailə üzvü olmaq.
Miqrasiya xidmətinin “Radiolur”a verdiyi məlumata görə, 2022-ci ilin birinci rübündə Ermənistana 142 min rus, 6000-ə yaxın Ukrayna vətəndaşı gəlib ․ Onlardan 120-dən çoxu ER-da qaçqın statusu almaq üçün müraciət edib.
Sığınacaq ərizəsində təbii ki, milliyət qeyd edilmir, əslində, fərqi yoxdur. İdeya əcnəbi vətəndaşa beynəlxalq müdafiəni təmin etməkdir.
Buna əsasən, həm ukraynalılar, həm də Ukrayna vətəndaşı olan ermənilər bizə müraciət edə bilərlər. Lakin müraciət edənlərlə təmas nəticəsində məlum olur ki, onların yarıdan çoxu ermənilərdir” – deyə Miqrasiya xidmətinin İctimaiyyətlə əlaqələr üzrə əməkdaşı Nelli Davtyan bildirib.
Qaçqın statusu ilə bağlı müraciətə 3-6 ay müddətində baxılır. Müraciətin cavabı müsbət olarsa, əcnəbi vətəndaş qeyri-müəyyən müddətə Ermənistanda qanuni yaşamaq hüququ əldə edir, əks halda həmin şəxs qeyri-qanuni miqrant sayılır və Ermənistanı tərk etməli olur.
“Qaçqın statusu aldıqdan sonra həmin əcnəbiyə ER vətəndaşının demək olar ki, bütün hüquq və vəzifələri verilir. Yalnız istisna torpaq mülkiyyət hüququ, səsvermə hüququdur” – deyərək Nelli Davtyan qeyd edib.
Təhsil və Elm nazirliyindən “Radiolur”a bildirilib ki, Ermənistana gələn soydaşlarımız “əcnəbilər, təhsil hüquqlarından istifadə edirlər”.
Ölkəmizdə rus dilində tədris olunan 45 məktəb var. Təkcə martın 1-dən aprelin 26-dək bu məktəblərdə rusdilli siniflərdə şagirdlərin sayı təxminən 120 nəfər artıb. Onlar əsasən Rusiyadan olan uşaqlardır.
Ukrayna Erməniləri İttifaqının sədr müavini Davit Mkrtçyan müharibə bölgələrində hələ də ermənilərin olduğunu deyir.
Müharibə nəticəsində Ukraynadan nə qədər erməninin deportasiya edildiyi məlum deyil. Davit Mkrtçyan deyir ki, onlar hər gün humanitar dəhlizlərdən yeni ermənilərin çıxmasını gözləyirlər.
“Biz nəinki millətimizə faydalı olmağa çalışırıq. Artıq böyük miqdarda humanitar yardım toplayıb ehtiyacı olanlara paylamışıq.

Humanitar dəhlizlər nə Dombas, nə Mariupol, nə də Xarkov şəhərlərindən işləməyib. Davit Mkrtçyan deyir ki, bu, böyük risklə bağlıdır, vəziyyət gərgin olduğundan, son günlər bizdə çox adam çıxmır: Biz də gözləyirik ki, görək ki, ermənilər haradan gəlir ki, kömək edək”- deyərək Davit Mkrtiçyan qeyd edib.
Davit Mkrtiçyan deyir ki, Kiyevdə, Çerniqov və Sumida müharibənin 62-ci günündə həyat yavaş-yavaş bərpa olunur,
Çerniqov demək olar ki, dağılsa da, infrastruktur – qaz, su, işıq bərpa olunub, hətta Kiyevdə insan axını səbəbindən tıxaclar yaranıb.







