
Fransa Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri arasında bu yaxınlarda birbaşa telefon danışığını, onların ikitərəfli sərhəd komissiyasının çağırılması və iki ölkə arasında sülh sazişi üzrə danışıqlara başlamaq qərarını alqışlayır.
Bu barədə Fransa Xarici işlər nazirliyi məlumatlandırıb.
Bəyanatda Fransanın bu prosesə hərtərəfli dəstəyi davam etdirəcəyi bildirilib.
“Fransanın AB-nin “Şərq Tərəfdaşlığı” üzrə səfiri Brays Rokfi 11-14 aprel tarixlərində Yerevana səfərindən sonra danışıqların monitorinqini davam etdirmək üçün gələn həftə Bakıya yola düşəcəkdir” – deyə məlumatda qeyd olunur.







