
“RİA Novosti” xəbər verir ki, Ukraynada Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanova qarşı cinayət işi açılıb.
İşin Osmanovun Krıma səfəri ilə bağlı açıldığı qeyd edilir. Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları bundan “xəyanət”dən xəbər tutublar. Müvafiq sənədləri Xersonda rus hərbçiləri tapıblar.
6 mart 2021-ci ilmartın 6-da “Krım və Sevostopol Muxtar Respublikası” Ovqat.com portalının baş redaktoru Heydər Oğuz Prokurorluğuna müraciət edib.
O bildirib ki, əldə etdiyi məlumata görə, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Krıma səfəri faktı ilə bağlı cinayət işi başlanıb və bu məlumatın nə dərəcədə doğru olduğunu öyrənmək istəyib.
Dörd gündən sonra baş redaktor Krım Muxtar Respublikası və Sevastopol Prokurorluğundan cavab alıb. Orada Azərbaycanın Moldovadakı səfirinin Krıma səfəri ilə bağlı ərizənin daxil olduğu və yarımadaya giriş prosedurunun pozulması ilə bağlı işə prokurorluğun baxdığı bildirilir.







