
ER Xarici işlər nazirliyinin sözçüsü Vahan Hunanyan medianın sorğusuna cavab olaraq bildirib ki, Ermənistan və Türkiyə arasında sərhədin dəyişdirilməsi ilə bağlı heç bir müzakirə və ya şərtləşmə yoxdur. Gündəlikdə oxşar məsələ yoxdur.
Ermənistan-Türkiyə nizamlanması prosesi çərçivəsində iki ölkənin xüsusi nümayəndələrinin növbəti görüşü mayın 3-də Vyanada keçiriləcək.
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçla ilk görüşü yanvarın 14-də Moskvada, ikinci görüşü isə fevralın 24-də Vyanada keçirilib.







