BaşlıcaMədəniyyət
Erməni Lari Gagosyan Monronun portretini 195 milyon dollara alıb

Amerikalı sənətçi Endi Uorholun yaratdığı Merilin Monronun portretlərindən biri Christie’s hərracında 195,04 milyon dollara satılaraq Amerika incəsənətinin ən bahalı əsəri kimi rekord vurub, Artnews.com xəbər verir.
Sənət əsəri 1964-cü ildə, aktrisanın ölümündən iki il sonra yaradılıb və Amerika incəsənətinin simvollarından biridir.
Rəsmin son qiyməti onun dəyərini 200 milyon dollar qiymətləndirən ekspertlərin gözləntiləri ilə demək olar üst-üstə düşüb.
Ümumilikdə iş üçün dörd alıcı müraciət edib, lakin hərracın qalibi erməni incəsənət dileri Lari Gagosyan olub.







