BaşlıcaEkonomika

Qazaxıstanın “FlyArystan” aviaşirkəti Almatıdan Yerevana uçuşlar həyata keçirəcək

Qazaxıstanın “FlyArystan” aviaşirkəti Almatı-Yerevan marşrutu üzrə yeni marşrutunu açdığını elan edir.

“Armenpress”in məlumatına görə, aviaşirkətdən bildirilib ki, Yerevana və əks istiqamətdə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

“Məmnunluqla yeni istiqamətdə Almatı-Yerevan reysi barədə bildiririk. Yerevana və əks istiqamətdə uçuşlar komfortlu Airbus A320 təyyarələri ilə iyunun 2-dən bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək. Gəlin, ərik ölkəsinə səyahət edək”- deyə aviaşirkətin açıqlamasında deyilir.

Daha çox göstər
Back to top button