
ABŞ Ermənistanla ümumi demokratik dəyərlərə əsaslanan qarşılıqlı əməkdaşlığı çox yüksək qiymətləndirir.
ER ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətlə ABŞ-in Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi “Armenpress”-ə müsahibə verərək, Ermənistandakı diplomatik missyası, ER-ABŞ münasibətlərinin gündəliyində olan məsələləri, regional və beynəlxalq inkişaflara toxunub.
ABŞ səfiri Ermənistan-ABŞ münasibətlərinin 30 illik dinamikasına və prespektivlərinə toxunaraq, ikitərəfli münasibətlərin inkişafı barədə əhəmiyyətli məlumatlar verib.
Səfir Treysi qeyd edib ki, Birləşmiş Ştatlar Ermənistanın dempkratik və iqtisadi islahatları gündəminə dəstək verməyə və bu məqsədə çatma yolunda Ermənistanın tərəfdaşı olmağa hazırdır.
“Biz erməni xalqına ümumi demokratik dəyərlərə və erməni xalqının 2018-ci ildə seçdiyi və 2021-ci ildə parlament seçkiləri zamanı bir daha təsdiqlədiyi yola əsaslanan gələcək qurmağa kömək etməyə sadiqik. ”, – ABŞ-in Ermənistandakı səfiri bildirib.







