Başlıcaİctimaiyyət

Ermənistanın cəzaçəkmə müəssisələrində 1027 məhkum saxlanılır

Hazırda Ermənistanda cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların sayı 1027 nəfərdir. Bunu Ermənistanın ədliyyə nazirinin müavini Arpine Sargsyan parlamentin Dövlət və Hüquq Məsələləri üzrə Daimi Komitəsinin iclasında layihədən birinin müzakirəsi zamanı bildirib.

“Hazırda cəzaçəkmə müəssisələrində 1027 məhkum var”, – nazir müavini bildirib.

Onun sözlərinə görə, ümumilikdə bu rəqəm 2200 civarında dəyişir. Amma 2018-ci ildən məhkumlar daha çox 1000-ə yaxındır.

Daha çox göstər
Back to top button