ER Turizm Komitəsi Ermənistanın yeni turizm brendini təqdim edib

Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyinin Turizm Komitəsi Ermənistanın qədim irsini, quru təbiətini, qayalı landşaftlarını, eləcə də ölkənin qonaqpərvərliyini, zəngin kulinariya mədəniyyətini özündə əks etdirən Ermənistanın yeni turizm brendini təqdim edib.
Brendin “Armenia, The Hidden Track” yeni şüarı Ermənistanın fərqli xarakterini vurğulayır.
“Ermənistan özünəməxsus, lakin əsasən naməlum, tədqiq edilməmiş mədəni və təbii sərvətləri, eləcə də kulinariya-macəra təcrübələri ilə diqqətəlayiq turizm potensialına malikdir. Proqramın məqsədi Ermənistanın cəlbedici turizm məkanı kimi brendini yaratmaq və beynəlxalq hədəf bazarlarda Ermənistanın mövqeyini gücləndirmək idi”, – deyə Turizm Komitəsinin rəhbəri Sisian Boqosyan bildirib.
“Layihəmizin əsas məqsədlərindən biri turizm sektorunun uzunmüddətli inkişafını təmin etməkdir, bu baxımdan biz Ermənistanda təkcə özəl sektora deyil, həm də institusional səviyyədə dəstək verməkdən çox məmnunuq. Ermənistanın Turizm Komitəsini ölkədə yeni turizm brendinin yaradılması münasibəti ilə təbrik edir, dünyanın müxtəlif ölkələrində keçirilən müxtəlif sərgi və tədbirlərdə bundan istifadə etməyi səbirsizliklə gözləyirəm”,- deyə Avropa Birliyinin “İnnovativ Turizm və Ermənistan üçün texnologiyanın inkişafı” layihənin rəhbəri Vilhelm Hyugo qeyd etdi







