
Azərbaycan Ombudsmanı Səbinə Əliyeva mina təhlükəsi ilə bağlı açıqlama yayıb.
“Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğal dövründə basdırdıqları minalar insanların həyat və sağlamlığı üçün potensial təhlükə olaraq qalmaqda davam edir”,-deyə o qeyd edib və əlavə edib ki, daha bir Azərbaycan vətəndaşı – Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ömərov Seyidağa Mirzağa oğlu Ağdam rayonunun ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Regionda sülh və təhlükəsizliyə ciddi maneə törədən bu kimi halları qətiyyətlə qınayır və bir daha beynəlxalq təşkilatları minaların dəqiq xəritələrinin verilməsi üçün Ermənistana qarşı əsaslı tədbirlər görməyə çağırırıq”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, azərbaycanlı ombudsman heç vaxt Azərbaycanda əsirlikdə olan onlarla erməninin olmasını belə xatırlamadı. Onu da qeyd edək ki, Ermənistan çoxdan əlində olan minalanmış ərazilərin xəritələrini təhvil verib. Lakin Azərbaycan “xəritələrin dəqiq olmadığını” iddia edir və əsirləri geri qaytarmamaq üçün “qanuni” səbəblərin olması üçün öz vətəndaşlarını belə acımır.







